--°C Şabran
Bazar ertəsi, Aprel 13, 2026
spot_img
EvCəmiyyətŞabranda "Tarixin Rəngləri" adlı tədbirlər təşkil edilib

Şabranda “Tarixin Rəngləri” adlı tədbirlər təşkil edilib

Şabran Tarix Diyarşünaslıq Muzeyi tərəfindən verilən məlumata görə, 27 avqust 2024-cü il tarixində muzeydə “Tariximizi öyrənək” dərnəyinin təşkilatçılığı ilə mühüm bir tədbir baş tutmuşdur. Muzeyin ekskursiyaçısı Turanə Təhməzovanın təqdimatı ilə “Tarixin rəngləri” adlı mühazirə keçirilib. Eyni zamanda, muzeyin baş fond mühafizi Laləzar Rəhmanovanın təqdimatında tarixi bir dərs olan “Tarixin rəngləri” adlı tədbir təşkil edilib. Bu tarixi dərsdə Şabran dulusçuluğunun tarixindən, inkişafından, formalaşmasından və xronologiyasından müzakirələr aparılıb.

Tədbirlərin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb, ardınca şəhidlərimizin xatirəsinə hörmət məqsədi ilə bir dəqiqəlik sükut elan olunub. Mühazirə və tarixi dərs zamanı Azərbaycan tarixinin ən parlaq səhifələri və unudulmaz qəhrəmanlıq hekayələri işıqlandırılıb. Ekskursiyaçının və mühafizin maraqlı təqdimatları, interaktiv suallar və canlı müzakirələr tədbir iştirakçıları tərəfindən böyük marağa səbəb olub. Bu tədbirlər, həmçinin yerli və qonaq alimlərin, təhsil müəssisələrinin nümayəndələrinin və ictimaiyyətin nümayəndələrinin geniş iştirakı ilə Şabranın tarixi və mədəni irsinin təbliğinə xidmət edir.

172TakipçiAbunə olmaq
1,166TakipçiAbunə olmaq

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...