Şabran İNFO xəbər verir ki, Baki-Şabran, Baki-Siyəzən, Baki-Oğuz, Baki-Göyçay və Baki-Kürdəmir avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibləri bəlli olub.
Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən əldə etmişik.
Bildirildiyinə görə, Baki-Şabran marşrutu üzrə Şahbazov Fəxrəddin Şirəli oğlu, Baki-Siyəzən marşrutu üzrə İsmayılov Xürrəm Həmid oğlu (11:00 istiqaməti), Məhərrəmov Zöhrab Ağagül oğlu (12:00 istiqaməti), Fətullayev Qurbanağa Yadulla oğlu (13:00 istiqaməti), Baki-Oğuz marşrutu üzrə Qəribov Hümbət Yaqub oğlu, Baki-Göyçay marşrutu üzrə Məmmədova Şəhla Tofiq qızı və Baki-Kürdəmir marşrutu üzrə Hacıyev Məhəmməd Əli oğlu komissiya tərəfindən ən yüksək bal toplayaraq qalib seçiliblər.
Bu müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanun və Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilib.
AYNA, qanunvericiliyin tələblərinə əsaslanaraq, şəhərlərarası marşrut xətlərini mərhələli şəkildə müsabiqəyə təqdim edir. Bu prosesin məqsədi sərnişindaşıma xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını artırmaq, həmçinin marşrutların təhkim edilməsində şəffaflığı təmin etməkdir.