6 C
Baku
Monday, February 17, 2025
Shabran Wellbeing Hotel
EvCəmiyyətKəndinə qayıt Qəbələ rayonunun Laza kəndi

Kəndinə qayıt Qəbələ rayonunun Laza kəndi

Verilişin budəfəki sayında Qəbələ rayonunun Laza kəndinə səyahət edilib.

Rəvayətə görə, əhalinin əcdadları bura Qusar rayonunun Laza kəndindən köçüblər. Vaxtilə Qusarın Laza kəndindən Aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşıblar. Laza kəndi rayon mərkəzindən 8 kilometr aralıda yerləşir. Buraya piyada getmək üçün məsafə uzun olduğuna görə aparıcı Kəmalə Bədəlova atdan istifadə edib.

Aparıcı kəndin ən çox tanınan çay evində olub, məkanın sahibi olan nənə ilə söhbət edib.

Nənənin sözlərinə görə, kənddə ilk çayxananı o tikib:

“Buranı 65 yaşımda olanda əziyyətimlə tikmişəm. İstifadəyə veriləndən sonra çayxanaya tez-tez məşhur simalar qonaq gəliblər”.

Elə həmin gün çayxanaya gələn qonaqlardan biri də tanınmış fitnes məşqçisi Kamil Zeynallı olub. Söhbət zamanı o, buranı çox sevdiyini söyləyib:

“Qəbələdə yaşamaq istəyirəm, atmosferini, təbiətini çox sevirəm. Neçə ildir arzum idi ki, burada evim olsun”.

Arıçı, bloqer və bələdçi Xanəhmədlə birlikdə aparıcı Laza (Zəyli) şəlaləsində olub. Sözügedən şəlalə Qəbələnin Laza kəndində, Şahdağ Milli Parkının 5 kilometr dərinliyində yerləşir. Şəlalənin hündürlüyü 25 metrdir. Kəmalə Bədəlova və bələdçi burada çay daşında daşüstü kababı hazırlayıblar.

Ətraflı Baku TV-nin süjetində:

132TakipçiAbunə olmaq
1,316TakipçiAbunə olmaq

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...

Prezident İlham Əliyevi Doğum Günü Münasibətilə Təbrik Edirik!

Hörmətli Prezident İlham Əliyev! Şabran İNFO komandası olaraq, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik! Sizin liderliyinizlə Azərbaycanımız tarixi zəfərlər qazanıb, iqtisadi və mədəni inkişaf...

Şabranlı Mühəndis Ramin Orucov – Azərbaycanın Tikinti Sektorunun Qalibi

Dünya Kongres Mərkəzinin təşkilatçılığı ilə "World's TOP 100 Azerbaijan" layihəsinin "Construction Industry" sahəsi üzrə ölkənin ilk qalibi Şabranlı mühəndis Orucov Ramin oldu. 🥇 Ramin Orucov...

Şabran ilə Baki arasında yeni avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib

Şabran İNFO xəbər verir ki, Baki-Şabran, Baki-Siyəzən, Baki-Oğuz, Baki-Göyçay və Baki-Kürdəmir avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibləri bəlli olub. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və...

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...