--°C Şabran
Çərşənbə, Avqust 27, 2025
EvİqtisadiyyatMikayıl Cabbarov: “Özbəkistanla yükdaşımalar 1 milyon tona çatdırılacaq”

Mikayıl Cabbarov: “Özbəkistanla yükdaşımalar 1 milyon tona çatdırılacaq”

“Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb”.

Oxu.Az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumunun “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında çıxış edərkən deyib:

“Özbəkistandan 2024-cü ilin ilk üç ayında Azərbaycana bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif növ yük daşınıb. Bu rəqəmin ildə 1 milyon tona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verib”.

Nazir Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın nəqliyyat, investisiya, enerji və sənaye əməkdaşlığı kimi əsas istiqamətlərdə fəal inkişaf etdiyini qeyd edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə çıxışında bildirib ki, mayın 21-də Quba şəhərində Azərbaycan və Özbəkistan arasında Regionlararası Forum keçiriləcək.

131TakipçiAbunə olmaq
1,275TakipçiAbunə olmaq

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...

Şabranda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda iyunun 19-na olan məlumata görə, unun 50 kiloqramlıq kisəsinin topdansatış qiymətləri açıqlanıb. Ölkə üzrə bu qiymətlər 26,6 manatla 28,2 manat arasında dəyişir. Şabran rayonu...

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...