--°C Şabran
Friday, February 27, 2026
spot_img
EvDaxili SiyasətMəcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov şimal bölgəsinə səfəri çərçivəsində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

“Report” nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə Şabran rayonunun Udullu kəndində Pivot suvarma sistemi altında olan qarğıdalı sahəsi ilə tanış olub.

Daha sonra M.Məmmədov rayonun Ağalıq kəndində 50 ha sahədə salınmış intensiv və superintensiv alma, armud, gavalı, nektarin, gilas və heyva bağlarına baş çəkib.

Nazir həmçinin Dəvəçi kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatı ilə tanış olub, istixana kompleksində olub.

Azərbaycanda aqroekoturizm təsərrüfatlarından biri Şabranda yerləşir. Ümumi sahəsi 1,5 ha olan bağda 50-dən artıq növ və çeşiddə meyvə-tərəvəz yetişdirilir.

Görüşdə aqroekoturizmin daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən təsərrüfatlar arasında əməkdaşlıq, xarici təcrübənin öyrənilməsi, daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasında bu sahənin rolu barədə müzakirələr aparılıb, fermerə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.

176TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...