--°C Şabran
Friday, February 27, 2026
spot_img
EvİdmanŞabran idmançılarının da iştirak etdiyi stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Şabran idmançılarının da iştirak etdiyi stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

“Report” Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər.

Nəticələrə əsasən şəxsi yarışlarda Xədicə Babazadə ilə Vaqif Babayev ölkə çempionu olub. Qoşa mübarizədən Sofiya Trofimenko – Xədicə Babazadə tandemi ilə Vaqif Babayev – Zərbah Muradov cütü qalib ayrılıb. Qarışıq qoşa növündə isə Vaqif Babayevlə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Qeyd edək ki, üç gün davam edən yarışda paytaxt Bakı ilə yanaşı Şabran, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

176TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...