--°C Şabran
Cümə, Noyabr 28, 2025
spot_img
EvİdmanŞabran Rayonunda Stolüstü Tennis İdman Tədbiri Keçirildi

Şabran Rayonunda Stolüstü Tennis İdman Tədbiri Keçirildi

Şabran İNFO xəbər verir ki, Şabran rayonunda stolüstü tennis üzrə kütləvi idman tədbiri keçirilib. Tədbir, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Şabran rayon UGİŞM ilə birgə təşkil edilib. Bu tədbir “İdman hamı üçün” layihəsi çərçivəsində reallaşdırılmışdır.

Şabran rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunan bu idman tədbiri yeniyetmə və gənclərin bu idman növünə olan marağını artırmaq, rayonda idmanın kütləviliyinə nail olmaq, perspektivli idmançıların aşkar edilməsi, sağlam həyat tərzinin təşviq edilməsi və yeniyetmələrin aktiv həyata cəlb edilməsi məqsədləri daşıyıb.

Şabran rayonu üzrə gənclər və idman sektoru məlumatına görə, tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə müdiri Süleyman Əliməmmədov, İdarənin UGİM-in direktoru İlqar Məqami, Şabran rayon UGİŞM-in direktoru Zeynal Zeynalov, baş məşqçi-müəllim Zakir Cavadov, məşqçi-müəllimlər Tural Məmmədov, Azad Heybətov və 30 həvəskar yeniyetmə idmançı qatılıb. Tədbirə Şabran rayonunun sakinləri də qoşulmuşdur.

Tədbirin sonunda fərqlənən idmançılara Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunmuşdur.

176TakipçiAbunə olmaq
1,218TakipçiAbunə olmaq

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...