--°C Şabran
Bazar, Dekabr 7, 2025
spot_img
EvİdmanAzərbaycan Qadın Cüdoçuları Avropa Çempionu Oldular

Azərbaycan Qadın Cüdoçuları Avropa Çempionu Oldular

Şabran İNFO məlumat verir ki, Azərbaycanlı qadın cüdoçular Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Avropa çempionatında qalib gəlmişlər.

Könül Əliyeva bütün rəqiblərini məğlub edərək turnirdə Azərbaycana ilk qızıl medalı qazandırıb. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Fidan Əlizadə də öz bütün rəqiblərini yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və Azərbaycana ikinci qızıl medalı gətirmişdir. Finalda o, Gürcüstandan olan Nino Loladzeni məğlub etmişdir.

Bundan başqa, Nizami İmranov (60 kq) gümüş medalla mükafatlandırılmışdır.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.

176TakipçiAbunə olmaq
1,210TakipçiAbunə olmaq

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...