--°C Şabran
Çərşənbə axşamı, Yanvar 13, 2026
spot_img
EvCəmiyyətAnma Günü: Şabranın Qəhrəmanı İsmayılov Vüqar Məmmədqasım Oğlu

Anma Günü: Şabranın Qəhrəmanı İsmayılov Vüqar Məmmədqasım Oğlu

Bu gün, Şabran rayonunun qəhrəman oğlu, kiçik leytenant İsmayılov Vüqar ( Doni ) Məmmədqasım oğlunun şəhidlikdən bir il ötür. Vüqar, 1992-ci il oktyabrın 17-də Şabranda doğulmuş, uşaqlıqdan idmanla məşğul olmuş və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmişdir.

Vüqar İsmayılov, 1999-cu ildə Şabran rayonu Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbə qəbul olunmuş, sambo idman növü ilə məşğul olmağa başlamış və dəfələrlə Respublika üzrə yarışlarda birinci yerləri qazanmışdır. Hərbi xidmətə 2010-cu ildə başlamış, daha sonra Azərbaycan Respublikasının Daxili Qoşunlarında Xüsusi Təyinatlı Dəstədə xidmət etmişdir.

Vüqar ( Doni ), İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak etmiş, iki dəfə yaralanmış, buna baxmayaraq, müharibənin son gününə qədər vuruşmuşdur. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

2023-cü il sentyabrın 23-də, Xocalı rayonu Dağyurd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Vüqar, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmişdir. O, “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Şabran rayonu Şəhidlər Xiyabanında dəfn edilmiş Vüqar İsmayılovun xatirəsi, Şabran rayonunun və bütün Azərbaycanın qəlbində daim yaşayacaq. Bu gün biz, Şabran İNFO olaraq, Vüqarın və bütün şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlıqları və fedakarlıqları heç vaxt unudulmayacaq.

177TakipçiAbunə olmaq
1,192TakipçiAbunə olmaq

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...