--°C Şabran
Friday, February 27, 2026
spot_img
EvCəmiyyətSiyəzən və Şabran rayonlarında yaranan qaz problemi nə zaman həllini tapacaq?

Siyəzən və Şabran rayonlarında yaranan qaz problemi nə zaman həllini tapacaq?

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, güclü külək və yağış nəticəsində ötən gün Siyəzən və Şabran rayonlarının qaz təminatında problemlər yaranıb.

Oxu.Az xəbər verir ki, nəticədə Siyəzən rayonunda 1 800, Şabran rayonunda isə 7 260 abonentin qazla təminatında məhdudiyyətlər yaranıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, sel suları nəticəsində birliyin xətlərinə müəyyən ziyan dəyib.

“Bu gün artıq Şabran rayonunda sel suları nəticəsində qazsız qalan kəndlərə alternativ mənbələrdən qazın verilişi bərpa edilib. Siyəzən rayonunda isə diametri 159 mm olan boru xəttinin təmiri üçün ərazidə münbit şərait yaranmalıdır. Yəni su çəkilməlidir ki, əməkdaşlarımız normal qaydada işləyə bilsinlər. İndiki halda hava şəraiti səbəbindən buna imkan yoxdur.

Siyəzən rayonunda ümumilikdə üç mindən bir qədər artıq abonentin qazı dayandırılıb. Bu gün minə yaxın abonentə alternativ variant kimi qaz veriləcək. Sabah günün ikinci yarısı isə qazsız qalan üç min abonentin təxminən 2 500-ə yaxını alternativ yollar vasitəsilə qazla təmin olunacaq. Tam olaraq bərpa üçün isə sel sularının çəkilməsi lazımdır. İnanırıq ki, üç gün müddətinə bu məsələ həllini tapacaq”, – deyə qurum rəsmisi bildirib.

Əzizə İsmayılovaOxu.az

176TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...