️ --°C Şabran
Bazar, Oktyabr 11, 2026
spot_img
EvCəmiyyətFHN: "Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub"

FHN: “Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub”

Qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, hazırda Bakı şəhərində, həmçinin Ağstafa və Qusar rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Həmçinin FHN qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.

Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub.

Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.

88TakipçiAbunə olmaq
1,184TakipçiAbunə olmaq

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranda küçə əsaslı təmir olunacaq

Şabran Rayon İcra Hakimiyyəti şəhər ərazisində aparılacaq quruculuq işləri üçün açıq tender elan edib. Şabran İNFO xəbər verir ki, Asəf Zeynallı küçəsi asfalt və beton...

Şabranın Kilvar kəndində IV-VI əsrlərə aid tarixi alban kilsəsi

Şabran rayonunun Kilvar kəndində yerləşən qədim Alban kilsəsinin IV-VI əsrlərdə tikildiyi ehtimal edilir. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu kilsə Qafqaz Albaniyasının xristian irsinin...

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...