6 C
Baku
Monday, March 17, 2025
Shabran Wellbeing Hotel
EvCəmiyyətMahir Süleymanlının Şabran seçiciləri ilə görüşü belə keçdi

Mahir Süleymanlının Şabran seçiciləri ilə görüşü belə keçdi

2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizəd göstərdiyi Mahir Süleymanlı Şabran rayonunun Düzbilici, Xəlfələr və Günəşli kəndlərində seçicilərlə görüşlər keçirdi.

Görüşün açılışında YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, partiyanın ölkəmizin siyasi sistemində aparıcı rolunu vurğuladı. O, Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış yeni hədəflərlə qatıldığını qeyd etdi və seçicilərə Mahir Süleymanlının namizədliyi haqqında məlumat verdi.

Mahir Süleymanlı çıxışında YAP-ın seçki platformasını geniş şəkildə təqdim etdi. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışdı və ötən dövr ərzində həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasətin ölkəmizin sürətli və dayanıqlı inkişafını təmin etdiyini vurğuladı. Seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırdı, seçildiyi təqdirdə ona göstərilən inamı və etimadı layiqincə doğrultmağa çalışacağını bildirdi.

Görüşdə, həmçinin YAP-ın təşviqat qrupunun üzvləri Şəfiqə Məmmədova, Təvəkkül Əliyev və digərləri də çıxış etdilər. Onlar, fevral ayında keçirilmiş prezident seçkisində xalqın Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə nümayiş etdirdiyi inamı vurğuladılar və bu seçkilərdə də YAP-ın geniş dəstək qazanacağını ifadə etdilər.

Görüş zamanı seçicilər də çıxış edərək, 1 sentyabr seçkilərində Mahir Süleymanlının namizədliyini dəstəkləyəcəklərini bildirdilər.

Qeyd edək ki, Mahir Süleymanlı görüş çərçivəsində Günəşli kəndində şəhid Tural Seyidovun ailəsini də ziyarət edib.

132TakipçiAbunə olmaq
1,323TakipçiAbunə olmaq

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...

Prezident İlham Əliyevi Doğum Günü Münasibətilə Təbrik Edirik!

Hörmətli Prezident İlham Əliyev! Şabran İNFO komandası olaraq, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik! Sizin liderliyinizlə Azərbaycanımız tarixi zəfərlər qazanıb, iqtisadi və mədəni inkişaf...

Şabranlı Mühəndis Ramin Orucov – Azərbaycanın Tikinti Sektorunun Qalibi

Dünya Kongres Mərkəzinin təşkilatçılığı ilə "World's TOP 100 Azerbaijan" layihəsinin "Construction Industry" sahəsi üzrə ölkənin ilk qalibi Şabranlı mühəndis Orucov Ramin oldu. 🥇 Ramin Orucov...

Şabran ilə Baki arasında yeni avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib

Şabran İNFO xəbər verir ki, Baki-Şabran, Baki-Siyəzən, Baki-Oğuz, Baki-Göyçay və Baki-Kürdəmir avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibləri bəlli olub. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və...

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...