14 C
Baku
Cümə axşamı, Noyabr 7, 2024
Shabran Wellbeing Hotel
EvCəmiyyətXəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb

Mayın 7-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.

Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb.

08:56

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərdə bildirilir ki, mayın 7-si saat 08:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 38 mm, Astarada 27 mm, Şəkidə 23 mm, Lerikdə 18 mm, Yardımlıda 17 mm, Neftçalada 11 mm, Qax (Sarıbaş), Biləsuvarda 7 mm, Şirvan, Cəlilabadda 6 mm, Şərur, Altıağac, Balakən, Xaltan, Qobustan, Qusar, Cəfərxan, Şamaxı, Sabirabad, Zaqatala, Quba, Culfa, Ordubad, Naxçıvan, Gədəbəy, Göygöl, Qəbələ, Şahdağ, İmişli, Şabran, Tovuz, Qrız, Şəmkir, Ağstafa, Göyçay, İsmayıllı, Ağsu, Kürdəmirdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 8 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Naftalanda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü dörd metrə çatıb.

Göygöl, Şəmkir, Balakən, Qrız, Qax, Balakən, Şahdağ, Göyçay, Şamaxı, Qusar, Şəki, Qəbələ, Şəmkir, Yardımlı, Gədəbəy, Altıağac, Daşkəsəndə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

129TakipçiAbunə olmaq
1,198TakipçiAbunə olmaq

Prezident İlham Əliyev və Birinci Xanım Cəbrayılda Yeni Sənaye Müəssisələrinin Təməlini Qoyublar

Şabran İNFO-nun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”...

Şabran Təhsil Sektorunun Müdiri 4 Nömrəli Məktəbin Kollektivi ilə Görüş Keçirib

Şabran rayonu üzrə təhsil sektorunun müdiri Emin Mövsümov, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin pedaqoji kollektivi ilə görüş keçirmişdir. Görüş zamanı Emin...

Şabranlı Mühəndis Ramin Orucov – Azərbaycanın Tikinti Sektorunun Qalibi

Dünya Kongres Mərkəzinin təşkilatçılığı ilə "World's TOP 100 Azerbaijan" layihəsinin "Construction Industry" sahəsi üzrə ölkənin ilk qalibi Şabranlı mühəndis Orucov Ramin oldu. 🥇 Ramin Orucov...

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib. Federasiyadan "Report"a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil...
- AZAL -
AZAL SABRAN.INFO