--°C Şabran
Friday, February 27, 2026
spot_img
EvCəmiyyətŞabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının (QAİ) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.

Konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Milli Məclisin deputatları, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans çərçivəsində Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycana qayıdış ideyasının təməlinin hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini bildirib.

Natiq qeyd edib ki, son 200 ildə ilk dəfə olaraq Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı üçün real zəmin yaranıb. Tarixi torpaqlarından qovularkən hüquqları pozulmuş Qərbi azərbaycanlıların problemləri ilə bağlı İcma tərəfindən beynəlxalq təşkilatlar məlumatlandırılır və onların qarşısında konkret istəklər irəli sürülür.

Konfrans Qərbi Azərbaycanın tarixi və mədəni irsinin tanıdılması, eləcə də azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkədə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, QAİ Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Aydın Mirzəzadə və başqaları çıxış ediblər.

176TakipçiAbunə olmaq
1,199TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...