--°C Şabran
Bazar ertəsi, Aprel 13, 2026
spot_img
EvCəmiyyətBiznesmen çobanın olduğu, tarixi abidələrlə zəngin Şabran

Biznesmen çobanın olduğu, tarixi abidələrlə zəngin Şabran

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında tarixi abidələrlə zəngin olan Şabran rayonuna səyahət edilib.

Əvvəlcə rayonun Pirəbədil kəndi ziyarət olunub. Kəndin ərazisində 160 il əvvəl inşa olunan Pirəbədil Tarix Muzeyi yerləşir. Bu bina 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib.

Bura özündə həm böyük bir tarix, həm də orada böyüyüb boya-başa çatan ziyalı insanların xatirələri ilə zəngindir. Hətta 1903-cü ildə təmir olunan eyvan da indiyə qədər necə var, elə də qalıb.

Daha sonra rayon mərkəzindən 35 km aralıda yerləşən Zeyvə kəndi ziyarət olunub. Araşdırmalara görə, bu kəndin yaşı 6-7-ci əsrlərə gedib çıxır. Adının mənası “künc”, “bucaq”, “guşə” kimi yozulur. Əhalisi tatlardan ibarətdir. Rəsmi məlumata görə isə kənddə cəmi 350 ev var.

Verilişin aparıcısı ən sonda Zeyvə yaxınlığında yerləşən, həm yayda, həm də qış aylarında əsrarəngiz gözəlliyi ilə təbiətsevərləri özünə cəlb edən məşhur Əmbil gölünə gedib və burada çadır quraraq balıq tutub.

Məlumat mənbəyi: baku.tv

172TakipçiAbunə olmaq
1,166TakipçiAbunə olmaq

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...