--°C Şabran
Çərşənbə, Mart 25, 2026
spot_img
EvCəmiyyətXaçmaz və Quba rayonlarında sahibkarlara çıxarışlar təqdim olunub

Xaçmaz və Quba rayonlarında sahibkarlara çıxarışlar təqdim olunub

Xaçmaz və Quba rayonlarında istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim edilib.

“Report”un Şimal bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Fərmanın icrası çərçivəsində mayın 22-də Xaçmaz və Quba rayonlarında bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Qeyd edək ki, bu ilin 15 may tarixinədək 6 min 413 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub, 419 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin ediliblər.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır.

Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir.

Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir.

Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərinə müraciət edə bilərlər.

174TakipçiAbunə olmaq
1,198TakipçiAbunə olmaq

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...