--°C Şabran
Bazar, İyun 29, 2025
EvDaxili SiyasətPrezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub.

“Report” xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına layihə barədə məlumat verib.

Bildirilib ki, Tağıbəyli kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 725 ailə – 3018 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, qoyun ferması və üzüm bağları fəaliyyət göstərib. O cümlədən Qarabağın məşhur seyidlərindən olan Fuğara ağanın ocağı da burada yerləşir.

Qeyd olunub ki, kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.

Dövlət başçısı Tağıbəyli kəndinin təməlini qoyub.

131TakipçiAbunə olmaq
1,303TakipçiAbunə olmaq

Şabranda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda iyunun 19-na olan məlumata görə, unun 50 kiloqramlıq kisəsinin topdansatış qiymətləri açıqlanıb. Ölkə üzrə bu qiymətlər 26,6 manatla 28,2 manat arasında dəyişir. Şabran rayonu...

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Bakı, 19 iyun, AZƏRTAC Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının (QAİ) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı...