--°C Şabran
Çərşənbə axşamı, Yanvar 13, 2026
spot_img
EvCəmiyyətŞabranda regional medianın inkişafı ilə bağlı konfrans keçirilib

Şabranda regional medianın inkişafı ilə bağlı konfrans keçirilib

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şimal bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə Şabran şəhərində konfrans keçirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, konfransda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini Natiq Məmmədli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media təhlili şöbəsinin müdiri Səbinə Seyidova, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələn, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova və media nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, ölkə üzrə medianın hərtərəfli inkişafını stimullaşdırmaq, resurs və informasiya əlçatanlığını artırmaq, media nümayəndələrinin fərdi və peşəkar inkişafı istiqamətində fikir mübadiləsi aparmaq məqsədilə həyata keçirilən konfrans regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmağı, onların professional bacarıqlarını təkmilləşdirməyi, eyni zamanda sahə üzrə hüquq normaları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsini hədəfləyir.

Daha sonra Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış ediblər.

Region gənclərinin iştirakı ilə keçirilən təlimdə isə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib, sonda gənclərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.

177TakipçiAbunə olmaq
1,192TakipçiAbunə olmaq

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...