6 C
Baku
Monday, February 17, 2025
Shabran Wellbeing Hotel
EvİqtisadiyyatŞabranda Aqrar İnnovasiyalar: Xızıda keçirilən festivalın əsas vurğusu

Şabranda Aqrar İnnovasiyalar: Xızıda keçirilən festivalın əsas vurğusu

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Xızı rayonunda Aqrar Biznes Festivalı keçirilib.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, festivala Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından ziyarətçi qismində fermerlər qatılıblar.

Heydər Əliyev Mərkəzinin ərazisində təşkil edilən festivalda müxtəlif dövlət qurumları, yerli və xarici şirkətlər, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində regionlarda təşkil edilən bu cür tədbirlərin əhəmiyyətinə toxunub, kənd təsərrüfatı istehsalçılarının aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıblar. Festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar sərgilənib. Həmçinin, festival çərçivəsində COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.

Festivalın sərgi bölməsində innovativ texnologiyalar, kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma metodları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Festival zamanı COP 29 tədbirinin əsas prioritetlərindən olan su və torpaq resurslarından səmərəli və dayanıqlı istifadə ilə bağlı müasir texnologiyaların tətbiqi mövzusunda fermerlərə təlim keçirilib.

Həmçinin, festival çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ildə keçirilmiş “GreenAgrohack” hakatonun qalib iştirakçıları üçün Şabran rayonunda yerləşən “Şabran Aqrar İnnovasiyalar və Aqro Turizm mərkəzi” innovativ təsərrüfatına tur təşkil edilib. İnfotur zamanı kompleksin bağçılıq təsərrüfatına baxış keçirilib.

Xatırladaq ki, bu ilin ilk altı ayında 10 iqtisadi rayon üzrə respublikamızın 10 müxtəlif rayonunda Aqrar Biznes Festivalı keçirilib. İndiyədək 6500-ə yaxın fermer festivalları ziyarət edib, festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində 17 təlim və təqdimat xarakterli görüşlər keçirilib.

Qeyd edək ki, növbəti festival iyulun 9-da Gədəbəy rayonunda keçiriləcək.

132TakipçiAbunə olmaq
1,316TakipçiAbunə olmaq

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...

Prezident İlham Əliyevi Doğum Günü Münasibətilə Təbrik Edirik!

Hörmətli Prezident İlham Əliyev! Şabran İNFO komandası olaraq, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik! Sizin liderliyinizlə Azərbaycanımız tarixi zəfərlər qazanıb, iqtisadi və mədəni inkişaf...

Şabranlı Mühəndis Ramin Orucov – Azərbaycanın Tikinti Sektorunun Qalibi

Dünya Kongres Mərkəzinin təşkilatçılığı ilə "World's TOP 100 Azerbaijan" layihəsinin "Construction Industry" sahəsi üzrə ölkənin ilk qalibi Şabranlı mühəndis Orucov Ramin oldu. 🥇 Ramin Orucov...

Şabran ilə Baki arasında yeni avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib

Şabran İNFO xəbər verir ki, Baki-Şabran, Baki-Siyəzən, Baki-Oğuz, Baki-Göyçay və Baki-Kürdəmir avtobus marşrutları üzrə keçirilən müsabiqənin qalibləri bəlli olub. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və...

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...