--°C Şabran
Friday, February 27, 2026
spot_img
EvCəmiyyətQuba: 3 Saat Davam Edən Əməliyyat Nəticəsində Amputasiya Edilmiş Burun Birləşdirilib

Quba: 3 Saat Davam Edən Əməliyyat Nəticəsində Amputasiya Edilmiş Burun Birləşdirilib

Qubada amputasiya edilmiş burunun yenidən birləşdirilməsi əməliyyatı uğurla başa çatıb. Bu əməliyyat Quba Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq icra edilib. 3 saata yaxın davam edən əməliyyatı üz-çənə cərrahı Vəlican Abasov, rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Ayaz Səfərov həyata keçirib. 57 yaşlı pasiyent üzərində icra olunan əməliyyat uğurla nəticələnib və hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

Vəlican Abasov Haqqında

Vəlican Abasov Quba Rayon Mərkəzi Xəstəxanasında üz-çənə cərrahı kimi çalışır və çox sayda mürəkkəb əməliyyatlara rəhbərlik etmiş təcrübəli həkimdir. O, Ukraynada yerləşən məşhur Bogomolts adına Kiyev Tibb Universitetində təhsil alıb və xaricdə aldığı təhsil sayəsində müasir cərrahi metodları mənimsəyib. Abasov, həmçinin, mikro-cərrahiyyə sahəsində geniş təcrübəyə malikdir və bölgədə tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədi ilə bir çox yenilikçi cərrahi prosedurlar həyata keçirir. Bu uğurlu əməliyyat, onun bu sahədəki peşəkarlığının bir daha təsdiqi oldu.

176TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...