6 C
Baku
Cümə axşamı, İyun 12, 2025
Shabran Wellbeing Hotel
EvCəmiyyətNazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib

Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 22 iyulda Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş keçirib.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Görüş zamanı Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin ədliyyə sahəsi ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən digər müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində nazir həmçinin Qusar rayonunun icra və probasiya, qeydiyyat şöbələrinə və Qusar Rayon Məhkəməsinə baş çəkib, infrastrukturu və iş şəraitini yoxlayıb.

Qeyd edək ki, görüşlər mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə əsasən keçirilir.

131TakipçiAbunə olmaq
1,316TakipçiAbunə olmaq

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...

Prezident İlham Əliyevi Doğum Günü Münasibətilə Təbrik Edirik!

Hörmətli Prezident İlham Əliyev! Şabran İNFO komandası olaraq, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik! Sizin liderliyinizlə Azərbaycanımız tarixi zəfərlər qazanıb, iqtisadi və mədəni inkişaf...

Yeni İliniz Mübarək!

Əziz həmvətənlər! Yeni 2025-ci ilin gəlişi münasibətilə Şabran İNFO komandası olaraq, sizləri ürəkdən təbrik edirik. Geridə qoyduğumuz 2024-cü il ölkəmiz üçün uğurlar və qürur dolu...