--°C Şabran
Friday, February 27, 2026
spot_img
EvCəmiyyət27 Sentyabr – Anım Günü: Şəhidlərimizi Unutmarıq

27 Sentyabr – Anım Günü: Şəhidlərimizi Unutmarıq

Bu gün, 27 sentyabr, Vətən müharibəsinin başlanmasının və şəhidlərimizin əziz xatirəsinin anıldığı gündür. 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin bir parçasına çevrildi. 44 günlük müharibə nəticəsində, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək, tariximizdə yeni bir səhifə açdı.

Şabran İNFO olaraq, bu müqəddəs Anım Günündə bütün şəhidlərimizi ehtiramla yad edirik. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq sayəsində bugün azad bir vətəndə yaşayırıq. Şəhidlərimizin qanı ilə yazılan bu zəfər, Azərbaycanın gələcək nəsillərinə ilham verəcəkdir.

Dövlətimiz və xalqımız hər zaman şəhid ailələrinin yanında olmuş, onların qəhrəman övladlarının xatirəsini daim yaşatmışdır. Bugün biz, onların xatirəsini yalnız dildə deyil, qəlbimizdə də yaşadırıq.

Əziz şəhidlərimizin ruhu qarşısında baş əyir və Anım Günündə onların ailələrinə, doğmalarına səbir və güc arzulayırıq. Qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq!

Şabran İNFO

176TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...