--°C Şabran
Bazar, İyun 29, 2025
EvİdmanStolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib.

Federasiyadan “Report”a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa növlərində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

2005-2008-ci il təvəllüdlü idmançıların şəxsi yarışından Aylin Əsgərova ilə Adil Əhmədzadə qalib ayrılıblar. 2009-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında isə Yağmur Məmmədli və Onur Quluzadə ölkə çempionu olublar.

2005-2008-ci il təvəllüdlülərin qoşa yarışında Aysu Ağayeva – Aylin Əsgərova və Adil Əhmədzadə – Rüstəm Hacılı tandemləri qələbə qazanıb. 2009-cu il və daha kiçik idmançılar arasında isə Şəbnəm Mansurova – Aynur Ağayeva və Onur Quluzadə – Ömər Aslanlı cütlükləri bütün rəqiblərinə qalib gəliblər.

Qarışıq-qoşa yarışda 2005-2008-ci il təvəllüdlülərdən Tahir Qubadovla Mərziyyə Nurmətova, 2009-cu il və daha kiçik yaş qrupunda isə Onur Quluzadə ilə Yağmur Məmmədli çempion olublar.

Xatırladaq ki, mayın 1-də startı verilən ölkə birinciliyinin ilk günündə iştirakçılar komanda yarışlarında bacarıqlarını göstərmişdilər. Nəticələrə əsasən, 2005-2008-ci il təvəllüdlü qızlar arasında Sumqayıt, oğlanlar arasında Bakı-1 kollektivi birinci yeri tutmuşdu. 2009-cu il və daha kiçik təvəllüdlü qızların mubarizəsindən Bakı-1, oglanların yarışından isə Şabran komandası qalib ayrılmışdı.

Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və Gənclər və İdman Nazirliyinin idman səfiri, tanınmış taekvondoçu Fəridə Əzizova tərəfindən nazirliyin diplom və medalları, həmçinin federasiyanın mükafatları təqdim olunub.

131TakipçiAbunə olmaq
1,304TakipçiAbunə olmaq

Şabranda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda iyunun 19-na olan məlumata görə, unun 50 kiloqramlıq kisəsinin topdansatış qiymətləri açıqlanıb. Ölkə üzrə bu qiymətlər 26,6 manatla 28,2 manat arasında dəyişir. Şabran rayonu...

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Bakı, 19 iyun, AZƏRTAC Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının (QAİ) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı...