--°C Şabran
Saturday, February 28, 2026
spot_img
EvİqtisadiyyatAzərbaycan və Tacikistan 8 ikitərəfli sənəd imzalayıb

Azərbaycan və Tacikistan 8 ikitərəfli sənəd imzalayıb

Bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair sənəd imzalanıb.

“Report” xəbər verir ki, “TALKO” ASC ilə “Azəralüminium” ASC arasında Anlaşma Memorandumu imzalanıb.

Tacikistan hökuməti yanında İxrac Agentliyi olan “Tajaqropromeksport” Dövlət Unitar Müəssisəsi və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Lesinvest” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıq yağının satışı və tekstil istehsalı sahəsində təcrübə mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Vodii Zarrin Aqrar Alyansı” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, xam pambıq emalı və tekstil istehsalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Marmari” MMC (Tacikistan) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında pambıqçılıq, o cümlədən pambıq toxumlarının emalı sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

“SIR-DARYO” MMC (Tacikistan) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında ixrac-idxal əməliyyatları sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bundan əlavə, “Bolluq” (Tacikistan) və “Qanç 2000” (Azərbaycan) şirkətləri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında Saziş imzalanıb.

Tacikistanın “OBI – FAYZOBOD” şirkəti ilə Azərbaycanın “Universal Trade” şirkəti arasında konsiqnasiya müqaviləsi imzalanıb.

176TakipçiAbunə olmaq
1,201TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...