--°C Şabran
Bazar, Dekabr 7, 2025
spot_img
EvİdmanQubada “İdman festivalı 2024”ün rəsmi açılış mərasimi keçirilib

Qubada “İdman festivalı 2024”ün rəsmi açılış mərasimi keçirilib

Quba şəhərində “İdman festivalı 2024″ün rəsmi açılış mərasimi keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi ilə Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Şabran İNFO xəbər verir ki, açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov və digər qonaqlar iştirak ediblər. Festivalda müxtəlif idman növləri üzrə çıxışlar təqdim olunub.

Tədbirdə ağırlıqqaldırma, atıcılıq, basketbol, futbol, atletika, boks, cüdo, voleybol, idman dırmanması, badminton, oxatma və digər idman növləri nümayiş olunub. Ümumilikdə, 23 idman növü üzrə çıxışlar keçirilib.

Festivalda 100 idmançı (13-15 yaş arası) və 34 məşqçi iştirak edib. Azərbaycanın idmançıları ilə yanaşı, Türkiyə və Mərakeşdən də nümayəndələr qatılıb.

İlqar Mahmudov çıxışında Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsindən və idman siyasətindən danışıb. Fərid Qayıbov isə ölkədə idmanın inkişafı və yaradılan müasir idman infrastrukturu barədə fikirlərini bölüşüb.

176TakipçiAbunə olmaq
1,210TakipçiAbunə olmaq

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...