--°C Şabran
Çərşənbə axşamı, Fevral 17, 2026
spot_img
EvCəmiyyətXaçmaz və Quba rayonlarında sahibkarlara çıxarışlar təqdim olunub

Xaçmaz və Quba rayonlarında sahibkarlara çıxarışlar təqdim olunub

Xaçmaz və Quba rayonlarında istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim edilib.

“Report”un Şimal bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Fərmanın icrası çərçivəsində mayın 22-də Xaçmaz və Quba rayonlarında bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Qeyd edək ki, bu ilin 15 may tarixinədək 6 min 413 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub, 419 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin ediliblər.

Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır.

Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir.

Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir.

Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərinə müraciət edə bilərlər.

177TakipçiAbunə olmaq
1,201TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...