--°C Şabran
Bazar, İyun 29, 2025
EvCəmiyyətDaxili İşlər Naziri Vilayət Eyvazov Quba rayonunda vətəndaş qəbulu

Daxili İşlər Naziri Vilayət Eyvazov Quba rayonunda vətəndaş qəbulu

Şabran İNFO xəbər verir ki, Daxili işlər naziri Quba rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 17 və 18 iyul tarixlərində Quba Rayon Polis Şöbəsində vətəndaşlarla görüş keçirib.

Nazir Quba rayonuna səfəri çərçivəsində, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad edib.

Daha sonra Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarından gələn 296 vətəndaşın müraciətlərini dinləyən nazir, onların problemlərinin həlli üçün Nazirliyin müvafiq baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli üçün tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov, bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Bu baxışda, 24 Vətən müharibəsi iştirakçısının da qatıldığı seçmə mərhələdə, xidmətə qəbulun şərtlərinə uyğun gələn 180 nəfər növbəti mərhələyə keçib.

131TakipçiAbunə olmaq
1,304TakipçiAbunə olmaq

Şabranda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda iyunun 19-na olan məlumata görə, unun 50 kiloqramlıq kisəsinin topdansatış qiymətləri açıqlanıb. Ölkə üzrə bu qiymətlər 26,6 manatla 28,2 manat arasında dəyişir. Şabran rayonu...

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Bakı, 19 iyun, AZƏRTAC Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının (QAİ) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı...