--°C Şabran
Cümə axşamı, Oktyabr 23, 2025
EvTəbiətŞabran və Xəzəryanı Ərazilərdə Yosun Tədqiqatları Aparılıb

Şabran və Xəzəryanı Ərazilərdə Yosun Tədqiqatları Aparılıb

Şabran İNFO xəbər verir ki, Azərbaycan Botanika İnstitutunun və Çelyabinsk Dövlət Universitetinin alimləri, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin (ABCİB) həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” layihəsi çərçivəsində müştərək ekspedisiyalar təşkil ediblər. Bu tədqiqatların əsas məqsədi karbon emissiyasına həssas yosun növlərinin toplanması, biokultivasiya üçün uyğun su obyektlərinin seçilməsi və kimyəvi analiz üçün nümunələrin toplanması olub.

Ekspedisiya zamanı Lənkəran rayonunun Siyavər və Kənarmeşə kəndlərindən, Qızılağac qoruğundan, Şabran rayonunun Xəzəryanı ərazilərindən və Salyan rayonunun Şirvan Milli Parkından nümunələr götürülüb. Alınan nümunələr laboratoriyalarda analiz olunub və yosunların növ müxtəlifliyi müəyyən edilib.

Tədqiqatların davamında karbon emissiyasını azaldan xüsusi yosun növlərindən ibarət kolleksiya yaradılacaq. Bundan əlavə, yosunların biotexnoloji üsullarla becərilməsi və akvakultura sahəsində istifadəsi öyrəniləcək. Yosunlardan alınan məhsulların ekoloji və iqtisadi səmərəliliyinin artırılması da tədqiqatın əsas məqsədlərindən biridir.

176TakipçiAbunə olmaq
1,240TakipçiAbunə olmaq

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...

Şabranda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda iyunun 19-na olan məlumata görə, unun 50 kiloqramlıq kisəsinin topdansatış qiymətləri açıqlanıb. Ölkə üzrə bu qiymətlər 26,6 manatla 28,2 manat arasında dəyişir. Şabran rayonu...

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...