--°C Şabran
Friday, February 27, 2026
spot_img
EvCəmiyyətŞabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar - 50 ildən artıq fəaliyyət...

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra ərazi tamamilə yüksək dəmir hasarla çəpərlənib. Bunun nəticəsində mağazalar avtovağzalın arxasında qalıb, turistlər və rayonumuza gələn qonaqlar onları görmür. On illərdir ailələrin dolanışıq yeri olan obyektlər indi müştərisiz və gəlirsiz vəziyyətdədir.

Sahibkarların sözlərinə görə, dəfələrlə müraciət edilməsinə baxmayaraq, problemə heç bir reaksiya verilmir. Avtovağzal rəhbərliyinə müraciət etmək mümkün deyil – nə izahat verilir, nə də dialoqa şərait yaradılır.

“Biz hasarın tamamilə götürülməsini tələb etmirik. Sadəcə belə hündürlüyə ehtiyac yoxdur. Maşınların əraziyə daxil olmaması üçün cəmi 40 sm-lik bordür kifayətdir. Niyə iki metr hündürlüyündə dəmir hasar? Avtobuslar kimdən qorunur?” – deyə sahibkarlar bildirirlər.

Hazırkı vəziyyət nəticəsində bir çox köhnə mağazalar artıq bağlanmalı olub. Qalan obyektlər isə son nəfəsini verir – gəlirlər kəskin şəkildə azalıb, insanlar ailələrini dolandıra bilmir.

Şabran kimi turistik potensialı olan bir şəhərdə belə bir problemin mövcudluğu yerli sakinləri dərindən narahat edir. Kiçik sahibkarlıq həm rayon iqtisadiyyatının bir hissəsidir, həm də insanların uzun illərdir qurduğu şəxsi əməyi, dolanışıq mənbəyidir.

Sakinlər və mağaza sahibləri aidiyyəti qurumlara səslənirlər:

Avtovağzal ətrafındakı hasarın yaratdığı sosial və iqtisadi fəsadları aradan qaldırmaq üçün tədbir görün.

Hər kəsin tələbi eynidir – biz sadəcə görünmək istəyirik, illərlə qurduğumuz zəhmətin boşa getməməsini istəyirik.

176TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...