--°C Şabran
Thursday, February 26, 2026
spot_img
EvCəmiyyətSaleh Məmmədov Şabranda vətəndaşları qəbul edib

Saleh Məmmədov Şabranda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. 

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbər mənbəyi: aayda.gov.az

176TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...