Dəvəçi Rayon Xıdır Zində Məscidi

Xidir-Zində Məscidi (Şabran) – Məscid Dəvəçi rayonunun mərkəzindədir. Yerli əhalinin təşəbbüsü və camaatın vəsaiti ilə burada 1990-cı ildə məscidin tikintisinə başlanılıb. Həyətyanı sahəsi 10.000 kv.metrdir.

Şabran şəhər Xıdır-Zində məscidi formaca düzbucaqlı olub, divarları mişar daşından və bişmiş kərpicdən tikilib. Minarəsinin hündürlüyü 18 metrdir. Minarələr tək şərəfəlidir və şərəfələrin məhəccər hissəsi dəmirdəndir. Məscidin döşəməsindən tavana qədər hündürlüyü 6 metrdir. Damın örtüyü dəmir təbəqədəndir. Günbəz də dəmir təbəqə ilə işlənib.

Döşəmə daş plitə, tavan isə fanarla işlənib. Məsciddəki inşaat işlərinə rayonun bəzi təşkilatları və bir sıra xüsusi şəxslər köməklik göstərmişlər. Məscidin memarı rayonun baş memarı Nazir Süleymanovdur. Ustası Tofiq Abdullayev, minarəni ucaldanlar isə Paşa və Soltan Babayev qardaşlarıdır. Məscidin tikintisinin təşəbbüsçüsü isə Əhməd bəy Mirzəbəy oğludur.