--°C Şabran
Bazar, İyun 29, 2025
EvCəmiyyətMahir Süleymanlının Şabran seçiciləri ilə görüşü belə keçdi

Mahir Süleymanlının Şabran seçiciləri ilə görüşü belə keçdi

2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizəd göstərdiyi Mahir Süleymanlı Şabran rayonunun Düzbilici, Xəlfələr və Günəşli kəndlərində seçicilərlə görüşlər keçirdi.

Görüşün açılışında YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, partiyanın ölkəmizin siyasi sistemində aparıcı rolunu vurğuladı. O, Yeni Azərbaycan Partiyasının bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış yeni hədəflərlə qatıldığını qeyd etdi və seçicilərə Mahir Süleymanlının namizədliyi haqqında məlumat verdi.

Mahir Süleymanlı çıxışında YAP-ın seçki platformasını geniş şəkildə təqdim etdi. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışdı və ötən dövr ərzində həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasətin ölkəmizin sürətli və dayanıqlı inkişafını təmin etdiyini vurğuladı. Seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırdı, seçildiyi təqdirdə ona göstərilən inamı və etimadı layiqincə doğrultmağa çalışacağını bildirdi.

Görüşdə, həmçinin YAP-ın təşviqat qrupunun üzvləri Şəfiqə Məmmədova, Təvəkkül Əliyev və digərləri də çıxış etdilər. Onlar, fevral ayında keçirilmiş prezident seçkisində xalqın Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə nümayiş etdirdiyi inamı vurğuladılar və bu seçkilərdə də YAP-ın geniş dəstək qazanacağını ifadə etdilər.

Görüş zamanı seçicilər də çıxış edərək, 1 sentyabr seçkilərində Mahir Süleymanlının namizədliyini dəstəkləyəcəklərini bildirdilər.

Qeyd edək ki, Mahir Süleymanlı görüş çərçivəsində Günəşli kəndində şəhid Tural Seyidovun ailəsini də ziyarət edib.

131TakipçiAbunə olmaq
1,303TakipçiAbunə olmaq

Şabranda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda iyunun 19-na olan məlumata görə, unun 50 kiloqramlıq kisəsinin topdansatış qiymətləri açıqlanıb. Ölkə üzrə bu qiymətlər 26,6 manatla 28,2 manat arasında dəyişir. Şabran rayonu...

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Bakı, 19 iyun, AZƏRTAC Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının (QAİ) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı...