--°C Şabran
Çərşənbə axşamı, Yanvar 13, 2026
spot_img
EvCəmiyyətMahir Süleymanlı Şabran şəhərində Seçicilərlə və Şəhid ailələri ilə görüş keçirdi

Mahir Süleymanlı Şabran şəhərində Seçicilərlə və Şəhid ailələri ilə görüş keçirdi

Mahir Süleymanlı Şabran şəhərində şəhid ailələri ilə və Əmirxanlı kəndində seçicilərlə görüş keçirdi

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizəd olaraq irəli sürülmüş Mahir Süleymanlı, Şabran şəhərində şəhid ailələri ilə və rayonun Əmirxanlı kəndində seçicilərlə görüşlər keçirdi.

Görüşü açılış nitqi ilə başlayan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında seçkilərə qatılmasının əhəmiyyətini vurğuladı. O, partiyanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən və Mahir Süleymanlının deputatlıq üçün namizədliyindən bəhs etdi.

Deputatlığa namizəd Mahir Süleymanlı isə çıxışında YAP-ın seçki platforması və partiyanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan uğurlarını geniş şəkildə izah etdi. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq, YAP-ın güclü siyasi güc olduğunu vurğuladı və deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğrultmağa söz verdi.

Təşviqat qrupunun üzvləri də çıxış edərək, seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırdılar. Görüş zamanı seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğuladılar.

Qeyd etmək lazımdır ki, Mahir Süleymanlı Ceyranlı kəndində Vətən müharibəsi şəhidi Sahil Coşqun oğlu Babayevin ailəsini də ziyarət etdi.

177TakipçiAbunə olmaq
1,192TakipçiAbunə olmaq

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...