Şabran rayonunun Pirəbədil kəndində yerləşən Shabran Wellbeing Resort hoteli paytaxt Bakıdan 147 kilometrlik məsafədə yerləşir.
12.6 ha ərazini əhatə edən hotel müxtəlif kateqoriyalı 119 nömrədən, 10 ədəd Bəstəkarlar, 10 ədəd Yazıçılar və 10 ədəd Rəssamlar kottecindən ibarətdir.
Shabran Wellbeing Resort hoteli Azərbaycanda Ayurveda (Hindistanın qədim təbabət sistemi) müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma (toksinlərdən azadolma) mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya imkanları təklif edilir.
Geniş sahəni əhatə edən AYURVEDA SPA mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz mövcuddur. Burada, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün hər bir şərait yaradılmışdır. AYURVEDA SPA Mərkəzində şəfalı Pançakarma prosedurları, Pranayama seansları, yoqa və həyat tərzi üzrə təlimlər həyata keçiriləcəkdir.
Shabran Wellbeing Resort hotelində Rübai, Ahəng, Ocaq restoranları, Misra Lobby Lounge, Badə Lounge Bar, Aura Cafe fəaliyyət göstərəcəkdir. Hoteldə həmçinin bilyard otağı, kinozal, PlayStation otağı, uşaq oyun otağı və mini futbol meydançası mövcuddur.
Hotel işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfəri mükəmməl şəkildə qəbul edə biləcək Bayatı və Şiraz konfrans zallarını təklif edir.
Shabran Wellbeing Resort hotelini kəşf etmək üçün www.shabranwellbeing.az veb-saytına keçid edə bilərsiniz. Eyni zamanda, sosial media kanallarımıza abunə olun və paylaşımlarınızda bizi #ShabranWellbeingResort ilə qeyd etməyi unutmayın.