--°C Şabran
Çərşənbə axşamı, Yanvar 13, 2026
spot_img
EvCəmiyyətXəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb

Mayın 7-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.

Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb.

08:56

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərdə bildirilir ki, mayın 7-si saat 08:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 38 mm, Astarada 27 mm, Şəkidə 23 mm, Lerikdə 18 mm, Yardımlıda 17 mm, Neftçalada 11 mm, Qax (Sarıbaş), Biləsuvarda 7 mm, Şirvan, Cəlilabadda 6 mm, Şərur, Altıağac, Balakən, Xaltan, Qobustan, Qusar, Cəfərxan, Şamaxı, Sabirabad, Zaqatala, Quba, Culfa, Ordubad, Naxçıvan, Gədəbəy, Göygöl, Qəbələ, Şahdağ, İmişli, Şabran, Tovuz, Qrız, Şəmkir, Ağstafa, Göyçay, İsmayıllı, Ağsu, Kürdəmirdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 8 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Naftalanda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü dörd metrə çatıb.

Göygöl, Şəmkir, Balakən, Qrız, Qax, Balakən, Şahdağ, Göyçay, Şamaxı, Qusar, Şəki, Qəbələ, Şəmkir, Yardımlı, Gədəbəy, Altıağac, Daşkəsəndə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

177TakipçiAbunə olmaq
1,192TakipçiAbunə olmaq

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...