--°C Şabran
Bazar ertəsi, Aprel 13, 2026
spot_img
EvTarixQubada qədim Şabranın maddi-mədəniyyət nümunələrilə bağlı sərgi keçirilir

Qubada qədim Şabranın maddi-mədəniyyət nümunələrilə bağlı sərgi keçirilir

Quba Soyqırımı Memorial Kompleksində “Qədim Şabranın yaşayış mədəniyyəti” adlı sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid, qədim Şabran şəhərinin qalıqları arasından aşkar edilmiş onlarla maddi-mədəniyyət nümunələri, dəmir və dulusçuluq məhsulları nümayiş olunur.

Ziyarətçilərə maddi-mədəniyyət nümunələri ilə bərabər “Çıraqqala-Şabran” qoruğuna daxil olan abidələr və onların tarixləri barədə videoçarxlar tədim olunur.

Sərgi avqust-sentyabr ayları ərzində hər gün saat 10:00-dan 16:00-a kimi davam edəcək. Bununla yanaşı, kompleksdə arxeoloqların iştirakı ilə alban mədəniyyəti, şəhərsalma mədəniyyəti və bu kimi mövzular ətrafında ustad dərsləri təşkil olunacaq. Tədbirdə regionun tarixlə əlaqəli müəssisələrinin əməkdaşları, tələbə və gənclər, mədəniyyət işçilərinin iştirakı nəzərdə tutulub.

Sərgi Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

Quba, 1 avqust, Elxan Yusifli, AZƏRTAC

172TakipçiAbunə olmaq
1,166TakipçiAbunə olmaq

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

“Qədim Şabran” abidəsində möhtəşəm Novruz şənliyi keçirilib

Şabran İnfo xəbər verir ki, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Qədim Şabran" abidəsinin ərazisində "Baharın müjdəçisi Novruz" adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin...