--°C Şabran
Cümə, Fevral 20, 2026
spot_img
EvCəmiyyətTorpaq çərşənbəsində onminlərlə ağac əkilib

Torpaq çərşənbəsində onminlərlə ağac əkilib

Novruz bayramının axırıncı çərşənbəsi olan Torpaq çərşənbəsi günü 32 700 ədəd müxtəlif növ ağac tingi əkilib.

Oxu.Az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

O qeyd edib ki, hava şəraitinin yağıntılı olmasına baxmayaraq, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə Şabran, Siyəzən, Qusar, Göygöl, Şəmkir, Gədəbəy, Samux, Ağcabədi, Beyləqan, İmişli, Sabirabad və Hacıqabul rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib.

Novruz bayramı öncəsi xüsusi qeyd olunan dörd çərşənbədə meşə fondu torpaqlarında 226 110 ədəd müxtəlif növ ağac-kol tingi əkilib.

177TakipçiAbunə olmaq
1,200TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...