--°C Şabran
Wednesday, February 25, 2026
spot_img
EvCəmiyyətŞabranlı Mühəndis Ramin Orucov - Azərbaycanın Tikinti Sektorunun Qalibi

Şabranlı Mühəndis Ramin Orucov – Azərbaycanın Tikinti Sektorunun Qalibi

Dünya Kongres Mərkəzinin təşkilatçılığı ilə “World’s TOP 100 Azerbaijan” layihəsinin “Construction Industry” sahəsi üzrə ölkənin ilk qalibi Şabranlı mühəndis Orucov Ramin oldu. 🥇

Ramin Orucov hazırda “AzerGold” QSC-də Senior Project and Cost Control Engineer vəzifəsində çalışır. O, 2021-ci ilin mart ayından bəri bu şirkətdə işləyir və Chovdar Gold Mine layihəsində iştirak edir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən yaradılmışdır. Şirkətin əsas məqsədi qara və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların çıxarılması, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, material-texniki bazanın modernləşdirilməsi və səmərəli istifadə olunması, və bu sahə ilə bağlı digər fəaliyyətlərin həyata keçirilməsidir.

Bundan əvvəl, Ramin Orucov 2018-ci ilin avqustundan 2021-ci ilin mart ayına qədər URBN Limited şirkətində Structural Engineer vəzifəsində çalışmışdır. Bu şirkət daşınmaz əmlak inkişafı sahəsində fəaliyyət göstərir və regionda özünəməxsus yanaşma və bacarıqlara malikdir. URBN, beynəlxalq və yerli mütəxəssislərin unikallığı sayəsində MDB və Mərkəzi Asiya bölgəsində bənzərsiz bir komandaya malikdir və bu regionda belə bir şirkətin analoqu yoxdur.

Ramin Orucov, Şəhid Ürfan Orucovun qardaşıdır.
Məlumat mənbəyi: Şabran Azerbaijan Instagram Səhifəsi

177TakipçiAbunə olmaq
1,201TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...