--°C Şabran
Cümə, Noyabr 28, 2025
spot_img
EvCəmiyyətFHN: "Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub"

FHN: “Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub”

Qeyri-sabit hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, hazırda Bakı şəhərində, həmçinin Ağstafa və Qusar rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Həmçinin FHN qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.

Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər vətəndaş təxliyə olunub.

Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.

176TakipçiAbunə olmaq
1,218TakipçiAbunə olmaq

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...