--°C Şabran
Friday, March 13, 2026
spot_img
EvİdmanAFFA rəsmisi: Elit-məşq layihəsinin genişləndirilməsi və yeni regionlara daşınması gözlənilir

AFFA rəsmisi: Elit-məşq layihəsinin genişləndirilməsi və yeni regionlara daşınması gözlənilir

Elit-məşq layihəsinin genişləndirilməsi və yeni regionlara daşınması gözlənilir.

Bunu “Report”a açıqlamasında AFFA-nın Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Elit-məşq layihəsi çərçivəsində Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilən son toplanşa UEFA nümayəndəsi kimi dəvət olunan Sloveniya milli komandasının sabiq futbolçusu Milenko Açimoviçin məşqlərdən razı qaldığını vurğulayıb: “Hər il Elit-məşq layihəsi ilə bağlı UEFA-dan nümayəndələr gəlib görülən işlərlə maraqlanırlar. Bu dəfə Sloveniya millisinin sabiq futbolçusu Milenko Açimoviç dəvət olunmuşdu. “Liv Bona Dea Arena”da bir həftəlik təlim-məşq toplanışı keçirdik. Müxtəlif regionlardan olan uşaqları və onların məşqçilərini dəvət etdik. Toplanış yüksək səviyyədə keçdi, uşaqlar da razı qaldı. İstəyərik ki, ildə 3-4 dəfə belə toplanış olsun. Bəzi uşaqları seçdik. Öz üzərlərində çalışsalar, gələcəkdə yaxşı futbolçular olacaqlar. Məşqlərdən UEFA nümayəndəsi də razı qaldı”.

O, futbolçu seçmək üçün regionların sayını artırmağın da qarşıdakı planlara daxil olduğunu bildirib: “İstərdik daha çox regionda Elit-məşq layihəsi keçirilsin. İşimiz ancaq regionlardadır, Bakı və ya Sumqayıtda deyil. Mayın sonunda uşaqlar tətilə çıxacaqlar. Layihənin genişləndirilməsi, yeni regionlara daşınması gözlənilir. Lakin bu, danışıqlardan asılıdır, məsləhətləşib qərar verəcəyik. Hazırda layihəmiz Şəki, Zaqatala, Quzanlı, Quba, Lənkəran və Cəlilabadda davam edir”.

175TakipçiAbunə olmaq
1,198TakipçiAbunə olmaq

Şabranda toxunan nadir dairəvi xalça layihəsi tamamlandı

Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça...

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir. Rüstəm usta...