--°C Şabran
Bazar, İyun 29, 2025
EvDaxili SiyasətAzərbaycan və Türkiyə Elmi-tədqiqat institutları birgə layihə həyata keçirirlər

Azərbaycan və Türkiyə Elmi-tədqiqat institutları birgə layihə həyata keçirirlər

Qubada yerləşən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Alata Bağçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ilə birgə müzakirələr aparılıb.

Bu barədə Şabran İNFO nazirliyə istinadən məlumat yayıb.

Görüş, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsini məqsəd qoyan birgə layihə çərçivəsində təşkil olunub.

Layihə, iqlim dəyişikliyinin çəyirdəkli meyvələrə, xüsusilə də ərik ağaclarına təsirlərini azaltmaq üçün texniki və iqtisadi çətinlikləri aradan qaldırmağı hədəfləyir. Bu məqsədlə mobillik və təlim proqramları nəzərdə tutulub.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də meyvəçiliyin mövcud vəziyyəti və perspektivləri haqqında qonaqlara məlumat verib və layihənin əhəmiyyətini vurğulayıb.

Görüşdə institutun fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr təqdim edilib, türkiyəli mütəxəssislər istixana və laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olub, Zərdabi adına Elmi-Təcrübə Bazasında ərik bağında məhsul yığımını müşahidə ediblər.

Daha sonra qonaqlar “Ağıllı bağ” layihəsi və superintensiv fındıq bağı ilə tanış olub, ərik istehsalı ilə məşğul olan fermerin təsərrüfatını ziyarət ediblər.

131TakipçiAbunə olmaq
1,304TakipçiAbunə olmaq

Şabranda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda iyunun 19-na olan məlumata görə, unun 50 kiloqramlıq kisəsinin topdansatış qiymətləri açıqlanıb. Ölkə üzrə bu qiymətlər 26,6 manatla 28,2 manat arasında dəyişir. Şabran rayonu...

Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib

Bakı, 19 iyun, AZƏRTAC Şabranda “Qərbi Azərbaycan – Yurd yerimiz” mövzusunda konfrans keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Qərbi Azərbaycan İcmasının (QAİ) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı...